Audiometriya
Bildiyimiz kimi yaş artdıqca insan qulaqlarının həssaslığı da azalır. Qulaqlarımız müəyyən tezlikdə olan səsləri eşidə bilir, ancaq normativlər daxilindəki səslərə qulaqdakı həssaslığın azalması zamanı artıq həkimə müraciət mütləqdir.
Audiometriya cihazı vasitəsilə qulaqların yaşını təyin etmək mümkündür. Bəli nə qədər maraqlı səslənsə də qulaqların yaşı insanın yaşı ilə hər zaman üst – üstə düşməyə bilər. Belə ki, qulaqla bağlı olan və olmayan müəyyən xəstəliklər səbəbindən eşitmə aparatının həssaslığı azala bilər. Bu cihaz vasitəsilə qulaqların yaşını təyin etmək mümkündür.
Bu cihaz vasitəsilə eşitmə zəifliyinin dərəcəsi ölçülə bilər. Audiometriya testini aparmaq üçün xəstənin qulağına kənar səsləri eşitməsinə mane olan qulaqlıq taxılır. Müxtəlif tezlikli səslər xəstənin qulağına ötürülərək verdiyi reaksiyalar ölçülür. Bunun üçün xəstənin əlinə düyməsi olan kiçik bir cihaz verilir və eşitdiyi hər səsə görə düyməni basmağı tələb olunur.