Описание
Mikroskopik və endoskospik qulaq əməliyyatı
Son illərdə qulağın arxa hisəsində heç bir kəsik icra olunmadan endoskopun yardımı ilə qulaq əməliyyatlarını qapalı olaraq gerçəkləşdirmək mümkündür. Endoskop boru formasında olub uc hissəsində görməni təmin edən linzadan ibarətdir.
Qulaq sümüyü boşluqlar, sümüklər, sinirlər və qulağın digər hissələrindən ibarət olan sümükdür.
Endoskopik əməliyyatlar zamanı həkim bir əlində endoskopu tutur, digər əliylə cərrahi əməliyyatı gerçəkləşdirir.
Endoskopik əməliyyatlar daha çox xarici və orta qulaq xəstəliklərində tətbiq olunur. Bunlar aşağıdakılardır:
• Təbil pərdəsinin yırtıqları və dəliklərinin bərpasında
• Orta qulaq iltihabı zamanı
• Uşaqlarda rast gəlinən orta qulaq iltihablarında suni boru qoyulması zamanı
• Otoskleroz yəni qulaq kirəclənmələri
• Orta qulaq sümüklərindəki qopma və qırılmaların müalicəsi
• Qulaq kanalını çevrələyən osteotomanın varlığı zamanı
• Qulağın içindəki koxlear sinir xərçəngi zamanı
Bu əməliyyatın üstünlükləri çoxdur. Belə ki, kəsiksizdir, saçların kəsilməsinə ehtiyac qalmır, reabilitasiya dövrü qısadır, xəstənin hiss etdiyi ağrı daha azdır,
Mikroskopik qulaq cərrahiyyəsi orta qulaq, mastoid hüceyrələr və beynin en kəsiyi ilə bağlı narahatçılıqlar zamanı tətbiq olunur. Endoskopik və mikroskopik cərrahiyyə arasındakı fərq ondan ibarətdir ki, endoskopik əməliyyatda həkim bir əli ilə endoskopu tutduğundan digər əli ilə əməliyyatı icra edir. Həmçinin cərrahın görüş sahəsi də məhdud olur.