Описание
Mastoidektomiya
Qulağın arxa divarını təşkil edən içi hava ilə dolu hüceyrə qrupu mastoid hüceyrələrdir. Xroniki orta qulaq iltihabı zamanı mastoid hüceyrələr iltihablana və əriyə bilər.
İnfeksiyanın yayılma miqdarına bağlı olaraq bir neçə tip mastoidektomiya əməliyyatı icra olunur.
Mastoidektomiya əsasən qulaq infeksiyaları səbəbilə mastoid hüceyrələrə yayılmış iltihabın təmizlənməsi əməliyyatıdır.
Xüsusən xarici qulaq dərisinin orta qulağa keçərək sümükləri əridəbilmə xüsusiyyəti olan xoleasteatoma çevrildiyi zaman, orta qulaq iltihabına bağlı qarışmış infeksiya müşahidə edildiyi zaman, ya da koxlear implantı əməliyyatı icra olunduğu zaman mastoidektomiya icra olunur.
Mastoid hüceyrələr və ya orta qulaqdakı infeksiyaya bağlı olaraq xəstəliyi müalicə etmək məqsədilə qulağın arxa və üst kanal divarlarının, mastoid hüceyrələrin və orta qulaqdakı sümükcüklərin uzaqlaşdırılaraq, orta qulaq və mastoid hissənin bir ədəd bütov boşluq halına salınması radikal mastoidektomiya adlanır.
Bu əməliyyatda məqsəd iltihabın qonşuluqda olan sinir hüceyrələrinə və boyun damarlarına keçməsinin qarşısının alınmasıdır. Bu əməliyyatda məqsəd eşitmənin bərpası olmadığından əməliyyatdan sonra xəstənin eşitməsi zəifləyir və ya eyni qalır.
Orta qulaq sümüklərindən bəziləri yerində qalırsa və təbil pərdəsi yenidən bərpa olunursa buna modifiyə radikal mastoidektomiya deyilir. Həm infeksiyanın aradan qaldırılması, həm də eşitmənin bərpası üçün icra olunan əməliyyatdır. Sadəcə qulağın arxa hissəsindən kəsik aparılaraq mastoid hüceyrələrin təmizlənməsi kortikal mastoidektomiya adlanır.
Əməliyyatdan öncə eşitmənin dəyərləndirilməsi məqsədilə audioloji testlər aparılır. Həmçinin KT müayinəsi aparılaraq mastoidektomiya əməliyyatının planlaşdırılması aparılır.