RENTGEN
Rentgen – bədənin iç strukturlarını (sümüklər, boşluqlar, hava dolu sahələr və bəzi yumşaq toxumalar) görmək üçün istifadə olunan ağrısız, sürətli və qeyri-invaziv görüntüləmə üsuludur. Rentgen şüaları vasitəsilə alınan görüntülər diaqnostik məqsədlə istifadə olunur.
Klinikamızda aşağıdakı LOR sahəsinə aid rentgen müayinələri yüksək keyfiyyətli cihazlarla, təcrübəli radioloq nəzarəti ilə həyata keçirilir:
Müayinənin müddəti və gedişi
· Prosedur 1-5 dəqiqə davam edir.
· Xəstə çəkmə otağında xüsusi vəziyyətdə yerləşdirilir.
· Bəzi hallarda metal əşyalar çıxarılmalıdır (diqqət yetirilməlidir).
· Körpələr və uşaqlar üçün valideyn müşayiəti mümkündür.
Ən çox istifadə olunan LOR rentgen müayinələri
Paranazal sinusların rentgeni
· Nə üçün istifadə olunur?
Xroniki və ya kəskin sinusit, burun tıxanıqlığı, baş ağrısı, burun axıntısı, kəllə travmaları, burun sümüklərinin travmasında, sınıqların aşkar edilməsi və s. hallarda.
· Aşkarlana bilər:
o Sinuslarda maye yığılması
o Polip, kist və ya iltihab
o Sümük strukturlarında dəyişiklik
Adenoid qiymətləndirilməsi
· Uşaqlarda adenoid böyüməsinin vizual qiymətləndirilməsi üçün istifadə olunur.
· Səbəblər:
o Uşaqda ağızla nəfəs alma
o Tez-tez təkrarlayan qulaq infeksiyaları
o Gecə xoruldama və tıxanıqlıq
Boyun rentgeni
· Laringeal (qırtlaq) və traxeal hava yolunun dəyərləndirilməsi
· Boğazda yad cisim şübhəsi