Описание
Spirometriya – ağciyərlərin funksiyasını ölçən, nəfəs alma və vermə sürətinizi və həcminizi göstərən sadə, ağrısız və qısa müddətli bir testdir. Bu təhlükəsiz və ağrısız müayinə köməyi ilə xüsusilə astma, xroniki bronxit, KOAH (xronik obstruktiv ağciyər xəstəliyi) olması müəyyən edilir.
Test necə aparılır?
- Pasiyent oturaq vəziyyətdə rahat oturur.
- Burun klipsi taxılır ki, nəfəs tam olaraq ağızdan verilsin.
- Pasiyent spirometr adlanan xüsusi cihazın ağız hissəsinə tənəffüs edir.
- Həkimin göstərişi ilə dərin nəfəs alıb, sürətlə və tam şəkildə nəfəsi cihaz vasitəsilə verir.
- Bu proses bir neçə dəfə təkrarlanır.
- Nəticələr kompüterdə qrafik və ədədi göstəricilər şəklində analiz olunur.
Kimlərə tövsiyə olunur?
- Tez-tez təkrarlayan öskürək
- Nəfəs darlığı
- Ağciyər xəstəlikləri şübhəsi (astma, KOAH və s.)
- Siqaret çəkənlər (müayinə məqsədilə)
- Cərrahi əməliyyatdan əvvəl risk dəyərləndirməsi