Funksional Endoskopik Sinus Cərahiyyəsi
Funksional Endoskopik Sinus Cərrahiyyəsi endoskopun köməkliyi ilə burun boşluğuna girərək, ətraf ciblərə keçməklə burunun və ətraf orqanların funksiyasının bərpa edilməsi əməliyyatıdır.
Hazırda xroniki sinus iltihablarının, şişlərin, poliplərin, göz çuxuru zədələnmələri, görmə sinirinin sıxılması, sinusdakı kistaların müalicəsi məqsədilə bu əməliyyat tətbiq olunur. Bundan əlavə göz yaşı kisəsinin kanal müalicəsində, hipozif vəzin adenomasında endoskopik cərrahiyyə ən uğurlu seçimdir. Endoskopik sinus cərrahiyyəsi daha çox xroniki sinusitlərdə tətbiq olunur. Əməliyyatdan sonra buruna tampon qoyulmur, hemostatik süngərlər qoyulur.
Burunun ətrafında həyatı vacib orqanlar və sinir dəstələri olduğu üçün endoskopik əməliyyat xüsusi peşəkarlıq tələb edir.