Radiologiya
Müxtəlif tibbi cihazların köməkliyi ilə xəstənin daxili orqanları ilə bağlı dəqiq məlumat əldə edilməsi ilə məsğul olan tibb sahəsi Radiologiyadır. Tədqiqat üçün istifadə olunan radioloji cihazların böyük əksəriyyəti X şüası ilə çalışır. Bu cihazlar hamilələr, hamiləlik planlaşdıran qadınlar üçün zərərli olduğundan, bu kateqoriyadan olan pasiyentlərə tətbiq olunmur.
Rentgen – əsasən sümük və ağciyər xəstəliklərinin diaqnostikası üçün istifadə olunur.
Ultrasəs müayinə ( USM ) – daxili orqanların müayinəsi üçün ən çox istifadə olunan üsüldur. Hamiləlikdə zərəri olmadığından hamiləliyin gedişatı zamanı çox müraciət olunur.
Maqnit rezonans tomoqrafiya ( MRT ) - insan bədəninin bütün daxili orqanlarını müayinə etməyə əsas verir. Hətta dərin toxumaların da çox rahat vizuallaşmasını təmin edir. MRT müayinə üsulu tədqiq olunan orqana maqnit dalğaları göndərərək orqanın normal fizioloji vəziyyəti və pataloji halları ilə bağlı melumat almağa kömək edir. Magnit dalğalarının ötürdüyü təsvirlər komputer ekranında canlanır. Bunun sayəsində dəqiq diaqnoz qoymaq mümkün olur. Müayinə 20 – 40 dəqiqə arasında tamamlanır. Yumuşaq toxumaların və sümük toxumalarının pataloji hallarının müəyyən olunması məqsədilə tətbiq olunur.
Kompüter tomoqrafiya ( KT ) – X şüasının köməkliyi ilə insan bədənindən en kəsiyi şəklində vizual məlumat əldə edilir. KT diaqnostika üsulu zamanı xəstənin hərəkətsiz qalması lazımdır. Əsasən bədənin hər hansi nahiyyəsində olan şiş toxumalarını aşkarlamaq məqsədilə tətbiq olunur. Müayinəsi aparılan orqandan asılı olaraq xəstəyə vena yolu ilə kontrast maddə inyeksiya edilə və ya içirilə bilər. 4 saat öncədən xəstənin qatı qidaların qəbulunu dayandırması tələb olunur, bununla yanaşı çay, kofe, meyvə suyunun da qəbulunun dayandırılması məsləhət görülür.
EXO – KQ ürəyin ən geniş yayılmış müayinə metodu exokardioqrafiyadır. Ürəyin ultrasəs müayinəsi səs dalğaları ilə görüntü yaradaraq ürəyin işi haqqında həkimə məlumat verir. Bu üsulla ürək əzələsi, boşluqları, qapaqları, ürəyin qüsurları ilə bağlı məlumat əldə etmək mümkündür. Zərərsiz müayinə üsulu hesab edilir.
EKQ – elektrokardioqrafiya üsulu ürəyin yığılması zamanı meydana gələn elektrik aktivliyinin ölçülməsinə əsaslanır. Ayaq, qol, döş qəfəsinə elektrodlar yerləşdirilərək tətbiq olunur. Ürəyin ritm pozuntuları, qanla təchizatı, hipertrofiyası kimi funksional pozuntuları zamanı EKQ üsulundan istifadə edərək diaqnoz qoyulur.