BERA testi
(Brainstem Evoked Response Audiometry)
BERA testi – “Beyin sapından alınan eşitmə cavablarının ölçülməsi” deməkdir. Bu test eşitmə siniri və beyin sapı boyunca eşitmə yollarının fəaliyyətini yoxlamaq üçün istifadə olunur. Xüsusilə yeni doğulmuş körpələrdə, uşaqlarda, nitqdə gecikmə olanlarda və eşitmə itkisi şübhəsi olan şəxslərdə aparılır.
BERA testi necə aparılır?
1. Pasiyent sakit və ya yuxulu vəziyyətdə olmalıdır (körpələrdə adətən yuxuda olur).
2. Baş dərisinə (alın, gicgah və qulaq arxası nahiyələrinə) yapışqan elektrodlar yerləşdirilir.
3. Qulaqlara zərif klik səsləri göndərilir (qulaqcıqlar vasitəsilə).
4. Bu səsə beyin sapı və sinirlər tərəfindən verilən cavablar kompüterlə ölçülür və analiz olunur.
5. Prosedur təxminən 20–30 dəqiqə çəkir.
6. Körpələr üçün sedasiya (sakitləşdirici) bəzən lazım olur, amma çox hallarda sadəcə yuxuda olduqları kifayətdir.
BERA testi kimlər üçün vacibdir?
· Skrininq bera testindən keçə bilməyən yeni doğulmuş körpələr
· Eşitmə itkisi riski olan körpələr (ailəvi eşitmə itkisi, yüksək bilirubin, erkən doğum və s.)
· Nitqdə gecikmə və ya gerilik olan uşaqlar
· Eşitmə cihazı və ya implant üçün qiymətləndirmə lazım olan şəxslər
· Böyüklərdə eşitmə siniri şişləri (akustik neyroma) və s. şübhəsində