Stapedektomi
İnsan qulağı bildiyimiz kimi 3 hissədən ibarətdir. Orta qulaqda eşitməni təmin edən 3 sümük var. Bunlar çəkic, zindan və üzəngidir. Üzəngi səs dalğalarını alıb daxili qulağa ötürən sümükdür.
Otoskleroz xəstəliyi zamanı bu sümüyün hərəkəti məhdudlaşır. Nəticədə eşitməni təmin edə bilmir.
Stapedektomiya əməliyyatı ilə üzəngi sümüyü çıxarılır, yerinə səs dalğalarını daxili qulağa ötürmək üçün protez qoyulur. Yerli və ya ümümi anesteziya altında icra olunan və 90 – 95 % hallarda uğurla nəticələnən əməliyyatdır.
Çox yüngül eşitmə zəifliyi olan və ya ağır dərəcəli sinir tipi eşitmə zəifliyi olan xəstələr üçün bu əməliyyat gərəksiz hesab edilir.
Əməliyyatdan sonra bir neçə gün baş gicəllənməsi müşahidə oluna bilər. Əməliyyatdan sonra xarici qulaq kanalına 7 – 10 gün müddətində cərrahi süngərlər qoyulur. Müddət bitdikdən sonra süngərlər çıxarılır.
Bu əməliyyatın riskləri olduqca azdır. Çox nadir hallarda təbil pərdəsində dəlik əmələ gəlməsi, qulaqda infeksiya yaranması kimi istənməyən reaksiyalar görülə bilər.