Audiometriya
Audiometriya – insanın eşitmə eşiklərini (səsləri hansı minimum səviyyədə eşidə bildiyini) ölçmək üçün aparılan ağrısız və təhlükəsiz testdir. Test həm yüksək, həm də aşağı tezlikli səslər üzrə aparılır və eşitmə itkisi olub-olmadığını göstərir.
innovativ, yüksək həssaslığa malik olan texnologiyalarımız - səs buraxmayan, səsdən tamamilə təcrid edilmiş kabinetlər, eşitmə yolunun hansı hissəsində patologiyanın olmasını təyin etməyə imkan verir. Avropa standartlarına uyğun təşkil olunmuş Eşitmə Mərkəzində hər yaş qrupundan olan şəxslərin eşitmə müayinəsi yüksək ixtisaslı həkim-audioloqlar tərəfindən həyata keçirilir.
Test necə aparılır?
1. Səs keçirməyən xüsusi otaqda pasiyent oturur.
2. Pasiyentə xüsusi qulaqcıqlar taxılır.
3. Cihaza bağlı şəkildə müxtəlif tezliklərdə və intensivlikdə səslər verilir.
4. Pasiyent səs eşidən kimi əl işarəsi ilə və ya düymə basaraq reaksiyasını bildirir.
5. Test təxminən 10–20 dəqiqə çəkir.
6. Sonda nəticə audiogram adlanan qrafiklə göstərilir.
Oyun audiometriyası, kiçik yaşlı uşaqlarda eşitmə qabiliyyətini ölçmək üçün oyun formatında tətbiq edilən xüsusi test üsuludur. Adından da göründüyü kimi, bu test uşağın diqqətini cəlb edən, əyləncəli və interaktiv bir şəkildə aparılır.
Klinikamızda oyun audiometriyasının üstünlükləri:
· Uşaqlar üçün xüsusi təlim keçmiş həkim və texniki heyət
· Tam səskeçirməz kabinələr və müasir avadanlıq
· Valideynlər üçün ətraflı nəticə və məsləhət
· Lazım olarsa eşitmə cihazına yönləndirmə və uyğunlaşdırma