Spirometriya nədir?
Spirometriya ağciyərlərin fəaliyyətini qiymətləndirən sadə, ağrısız və etibarlı müayinə üsuludur. Bu test nəfəs alıb-vermə zamanı ağciyərlərin nə qədər hava qəbul etdiyini və havanı hansı sürətlə xaric etdiyini ölçür.
Spirometriya hansı hallarda aparılır?
- Uzunmüddətli öskürək olduqda
- Nəfəs darlığı hiss edildikdə
- Xırıltılı tənəffüs zamanı
- Astma və KOAH kimi ağciyər xəstəliklərinin diaqnostikası və izlənməsi üçün
- Müalicənin effektivliyini qiymətləndirmək məqsədilə
Müayinə necə aparılır?
Pasiyent xüsusi cihazın ağızlığı vasitəsilə həkimin göstərişinə uyğun şəkildə dərin nəfəs alır və güclü şəkildə nəfəsini verir. Müayinə cəmi bir neçə dəqiqə çəkir və ağrı hissi yaratmır.
Erkən diaqnoz düzgün müalicənin başlanmasına və tənəffüs sağlamlığının qorunmasına kömək edir

03.07.2026