LOR Hospital

Paratonzilyar Absesin Yarılması

Boğazda ağrı və şişkinliyi aradan qaldırmaq üçün təcili və effektiv cərrahi müdaxilə.
Paratonzilyar abses — badamcıqların ətrafında, boğazın yan divarında irin yığılıb şişkinlik əmələ gətirməsidir. Bu vəziyyət şiddətli ağrı, udqunma çətinliyi və bəzən nəfəs alma problemləri ilə müşayiət olunur.

Nə zaman yarılma (drenaj) tələb olunur?
-  İrinli şişkinlik və ağrı artdıqda
-   Yüksək hərarət, boğazda kəskin narahatlıq olduqda
-   Udqunma və danışma çətinləşdikdə
-   İrin yığılması aşkarlananda mütləq cərrahi müdaxilə vacibdir.
   
Əməliyyat necə aparılır?
-  Prosedur lokal anesteziya altında aparılır (bəzən sedasiya və ya ümumi anesteziya lazım ola bilər).
-  Boğazın yan divarında yığılmış irin kiçik kəsiklə açılır və boşaldılır.
-  İrin tamamilə boşaldıldıqdan sonra, bəzən drenaj borusu qoyula bilər.
-  Prosedur qısa müddətdə (təxminən 10–20 dəq) həyata keçirilir.
-  Xəstə əməliyyatdan sonra tezliklə rahatlayır.
   
Yarılmanın faydaları:
-   Ağrı və şişkinliyin dərhal azalması
-   İrin və infeksiyanın yayılmasının qarşısının alınması
-   Udqunma və nəfəs alma rahatlaşır
-   Ümumi sağlamlıq vəziyyəti yaxşılaşır

1.  Yarılma ağrılıdırmı?
-   Lokal anesteziya sayəsində əməliyyat zamanı ağrı hiss olunmur, sonrasında isə ağrı minimal olur.

2.  Abses yenidən yarana bilərmi?
-   Əgər antibiotik müalicəsi tam alınmasa və ya səbəb aradan qaldırılmasa, bəzən təkrar abses ola bilər.

3.  Müalicə necə davam edir?
-   Antibiotiklər, ağrı kəsicilər və bəzən boğaz yaxaları ilə müalicə davam etdirilir.
LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft