LOR Hospital

Düz Larinqoskopiya

Düz larinqoskopiya – səs tellərinin, qırtlaq (larinks) və ətraf anatomik quruluşların birbaşa vizual yoxlanılması üçün aparılan diaqnostik və ya terapevtik tibbi prosedurdur.

Bu müayinə ümumi anesteziya altında həyata keçirilir və sərt (düz) larinqoskop aləti ilə qırtlağın dərinliklərinə baxış imkanı verir. Düz larinqoskopiya həm müayinə, həm də müəyyən cərrahi müdaxilələr üçün istifadə olunur.

Nə zaman aparılır?
Düz larinqoskopiya aşağıdakı hallarda tövsiyə olunur:
-  Uzun müddətli səs batıqlığı və ya səs itkisi
-  Qırtlaqda törəmə və ya xərçəng şübhəsi
-  Səs tellərində düyün, polip və ya papillom
-  Boğazda yad cisim şübhəsi
-  Tənəffüs çətinliyi və ya qırtlaq daralması
-  Biopsiya məqsədilə (toxuma nümunəsi götürmək üçün)
-   Müalicə məqsədilə (səs tellərinin yandırılması, polipin çıxarılması və s.)
   
Prosedur necə aparılır?
1.    Ümumi narkoza (anesteziyaya) verilir – pasiyent heç nə hiss etmir.
2.    Sərt larinqoskop ağız boşluğundan qırtlağa doğru yeridilir.
3.    Həkim səs tellərini və qırtlağın daxili quruluşunu birbaşa müşahidə edir.
4.    Lazım gələrsə: biopsiya (toxuma nümunəsi) götürülür, polip, kist və ya papillom çıxarılır,səs tellərində müdaxilə aparılır.
5.    Prosedur təxminən 20–40 dəqiqə çəkir.

Əməliyyat sonrası necə keçir?
-  Əməliyyatdan sonra qısa müddətli boğaz ağrısı, səs tutulması və ya udqunma çətinliyi ola bilər – bu, normaldır və bir neçə günə keçib gedir.
-  Pasiyent həmin gün və ya növbəti gün evə buraxılır.
-  Biopsiya aparılıbsa, nəticələr 5–7 gün ərzində çıxır.
-  Səsə və boğaza bir neçə gün istirahət vermək tövsiyə olunur.
   
Üstünlükləri:
-   Səs tellərinə birbaşa və dəqiq baxış imkanı.
-   Şübhəli nahiyədən biopsiyanın alınması.
-   Eyni prosedur zamanı müalicəvi müdaxilələrin aparılması.
-   Səsin keyfiyyətini qorumağa və daha erkən diaqnoza imkan yaratması.

Həkimlər

LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft