Funksional Endoskopik Sinus Cərrahiyyəsi (FESC)
Burun tıxanıqlığı və xroniki sinusit üçün müasir, az invaziv həll!
FESC — Funksional Endoskopik Sinus Cərrahiyyəsi, xroniki sinusit, burun tıxanıqlığı, poliplər və digər burun-sinus xəstəliklərinin müalicəsi üçün endoskopik, yəni kameralı sistemlə aparılan minimal invaziv əməliyyat üsuludur.
Əməliyyat burun dəliyi içindən, kəsik aparılmadan icra olunur və sinusların təbii axar yolları açılır və təmizlənir.
FESC nə zaman lazım olur?
- Xroniki sinusit (medikamentoz müalicəyə tabe olmayan)
- Burun polipləri
- Allergik rinitlə müşahidə olunan sinus tıxanıqlığı
- Göz ətrafı və alın ağrıları, baş ağrısı, təzyiq hissi
- Sinuslarda kist və ya anatomik daralmalar
- Endoskopik biyopsiya və ya şiş çıxarılması məqsədilə
Əməliyyat necə aparılır?
- Əməliyyat ümumi və ya lokal anesteziya altında aparılır.
- Nazik kamera (endoskop) və mikroalətlərlə burun dəliyi içindən sinus boşluqlarına daxil olunur.
- İltihab, poliplər və blokaj təmizlənir
- Sinus axarları yenidən açılır və hava axını bərpa olunur.
- Heç bir kəsik və ya tikiş qoyulmur
Əməliyyatın üstünlükləri:
- Kəsiksiz və minimal invazivdir
- Qısa müddətli əməliyyat və bərpa dövrü
- Burun və sinusların təbii anatomiyasını qoruyur.
- Ağrı və narahatlıq minimaldır
- Yaşam keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Əməliyyatdan sonra:
- Əməliyyat 30–90 dəqiqə çəkir.
- Xəstə eyni gün və ya 1 gün sonra evə buraxılır.
- 1 həftə ərzində burun içində yüngül qanlı axıntı və dolğunluq hissi ola bilər.
- Burnun içi mütəmadi yuyulmalı və təmizlənməlidir (həkim göstərişi ilə)
- Tam sağalma: 2–3 həftə
- Əksər hallarda ağrısızdır və normal həyata qısa müddətdə dönüş mümkündür.
1. FESS ağrılı əməliyyatdır?
- Əksər hallarda xeyr. Əməliyyat ümumi və ya lokal anesteziya ilə edilir. Sonrasında isə yalnız yüngül narahatlıq ola bilər.
2. Niyə dərmanla keçmir?
- Xroniki sinusit hallarında sinus axarı bağlandıqda dərman təsir edə bilmir. FESS bu tıxanıqlığı aradan qaldırır.
3. FESS-dən sonra sinusit bir daha qayıda bilər?
- Əgər əsas səbəb (allergiya, əyri septum və s.) həll olunmazsa, təkrarlanma mümkündür. Amma mütəmadi kontrol və baxım ilə bu risk çox aşağıdır.
4. Nə zaman işə qayıtmaq olar?
- Çox hallarda 2–5 gün ərzində pasiyent işinə geri dönə bilər.

Həkimlər
Dr. Xəyyam Məsiyev
Qulaq Burun Boğaz və Baş-Boyun Cərrahiyyəsi uzmanı, Baş Həkim
Dr. Tacəddin Muradov
Qulaq Burun Boğaz və Baş-Boyun Cərrahiyyəsi uzmanı
Dr. Cəmşid Məmmədov
Qulaq Burun Boğaz Cərrahı
Dosent. Dr. Ramil Həşimli
Qulaq Burun Boğaz Cərrahı,Foniatr
Dr. Dilşad Şadlinskaya
Qulaq Burun Boğaz cərrahı, Foniatr
Dr. Kamil Süleymanov
Qulaq Burun Boğaz Cərrahı,Foniatr, Səs Terapevti
Dr. İlkin Mikayılzadə
Qulaq Burun Boğaz Cərrahı
Dr.Sevinc Şıxaliyeva
Qulaq Burun Boğaz cərrahı
Dr. Nuray Şükürova
Qulaq Burun Boğaz Cərrahı
Dr. Natəvan Yaqubova
Qulaq Burun Boğaz Cərrahı
Dr. Yavərifar Mehrdad
Qulaq Burun Boğaz Cərrahı
Dr. Aqil Ağayev
Qulaq Burun Boğaz cərrahı, Otonevroloq
Dr. Elvira Yaqubova
Qulaq Burun Boğaz Cərrahı
Dr. Taliyə Məmmədova
Qulaq Burun Boğaz Cərrahı
Dr. Kamilə Allahverdiyeva
Qulaq Burun Boğaz Həkimi
Dr. Amaliya Məmmədova
Audioloq
Dr. Coşğun Məmmədli
Pulmonoloq
Dr. Sevda Hacıyeva
Kardioloq
Dr. Mahtaban Qədiməli
Qulaq Burun Boğaz cərrahı
Dr. Ülvi Məlikov
Qulaq Burun Boğaz cərrahı
Dr.Fuad Quliyev
Anestezioloq və reanimatoloq, şöbə müdiri
Dr.Ceyhun Hüseynov
Anestezioloq və reanimatoloq