LOR Hospital

LOR Hospital-da ilk bilateral KOXLEAR implantasiya əməliyyatı uğurla həyata keçirildi

LOR Hospital-da ilk bilateral KOXLEAR implantasiya əməliyyatı uğurla həyata keçirildi
“LOR Hospital” klinikası ölkəmizdə otorinolarinqologiya sahəsinin inkişafı istiqamətində mütəmadi olaraq yeni tibbi layihələr və əməliyyatlar həyata keçirir. Klinikamız, LOR cərrahiyyəsi üzrə ixtisaslaşmış yeganə özəl tibb müəssisəsi kimi, bu sahədə bir çox yeniliyə imza atmışdır.

“LOR Hospital”ın həkimləri tərəfindən əvvəllər ölkəmizdə icrası mümkün olmayan KOXLEAR implantasiya əməliyyatları bu gün artıq yüksək peşəkarlıqla və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir. Bununla yanaşı, klinikada eşitmə skrininqləri, implantasiya əməliyyatlarının proqram təminatının yüklənməsi və cihazların tənzimlənməsi mütəxəssislər tərəfindən icra olunur.
Klinikada ilk dəfə olaraq bilateral KOXLEAR implantasiya əməliyyatı – yəni hər iki qulağa eyni anda implantın yerləşdirilməsi – uğurla həyata keçirilmişdir. Əməliyyat Qulaq Burun Boğaz və Baş-Boyun cərrahiyyəsi üzrə uzman Dr. Tacəddin Muradov tərəfindən icra edilmişdir.
Heydər Əliyev Fondunun və İcbari Tibbi Sığortanın dəstəyi ilə bu günədək “LOR Hospital”da eşitmə qüsuru olan yüzlərlə pasiyent müayinədən keçmiş, 100-dən çox uşağa koxlear implant cərrahiyyəsi uğurla tətbiq olunmuş və onların eşitmə qabiliyyəti bərpa edilmişdir.
23.07.2024
LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft