LOR Hospital

LOR Hospital həkimi, Dosent Dr. Ramil Həşimli Qarabağ Universitetində fəaliyyətə başladı.

LOR Hospital həkimi, Dosent Dr. Ramil Həşimli Qarabağ Universitetində fəaliyyətə başladı.
“LOR Hospital” klinikasının Qulaq-Burun-Boğaz cərrahı və foniatrı, Dosent Dr. Ramil Həşimli artıq Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri həmçinin İncəsənət fakültələrində pedaqoji fəaliyyətə başlamışdır.
Dr. Ramil Həşimli geniş peşəkar bilik və təcrübəsini tələbələrlə bölüşərək, səs və sağlamlıq sahəsində elmi və praktik inkişafın güclənməsinə mühüm töhfə verəcək. O, həmçinin universitet icmasına dəyərli elmi məsləhət və tibbi dəstək göstərəcəkdir.
LOR Hospital kollektivi olaraq Dr. Ramil Həşimliyə yeni fəaliyyətində uğurlar arzulayır, onun elmi və tibbi sahədə əldə edəcəyi nailiyyətlərin ölkə səhiyyəsinin inkişafına töhfə verəcəyinə inanırıq.
Sağlamlıq və peşəkarlıqla dolu yeni mərhələdə uğurlar!
01.11.2024
LOR Hospital Logo
Qafqazın ilk və yeganə
QULAQ BURUN BOĞAZ VƏ
BAŞ-BOYUN MƏRKƏZİ!

Əlaqə

Bütün Hüquqlar Qorunur 2025 ©200Soft