Geri
30 mart 2026
Bunlar oyuncaqdır… qulaq və ya burun üçün deyil
Qulaq və buruna salınan yad cisimlər kiçik görünə bilər, nəticələri isə ciddi ola bilər.
Xüsusilə uşaqlarda muncuq, oyuncaq hissələri, qida dənələri və digər kiçik əşyaların qulaq və ya buruna salınması tez-tez rast gəlinən hallardandır.
Aşağıdakı əlamətlərə diqqət edin:
- Qulaqda ağrı və ya eşitmənin azalması
- Burundan birtərəfli pis qoxulu ifrazat
- Narahatlıq, ağlama və ya diskomfort hissi
Yad cismi ev şəraitində çıxarmağa çalışmayın. Yanlış müdaxilə onun daha dərinə getməsinə və toxumaların zədələnməsinə səbəb ola bilər.
Təhlükəsiz və düzgün müdaxilə üçün vaxt itirmədən LOR həkiminə müraciət edin.
Unutmayın: Erkən müdaxilə fəsad riskini əhəmiyyətli dərəcədə azaldır