Stapedektomiya
Stapedektomiya – otoskleroz xəstəliyində tətbiq olunan mikrocərrahi qulaq əməliyyatıdır. Bu prosedur zamanı orta qulaqda hərəkətsizləşmiş stapes (üzəngı) sümüyü çıxarılır və onun yerinə xüsusi protez yerləşdirilərək eşitmə bərpa olunur.
Otoskleroz və eşitmə itkisi
Otoskleroz zamanı stapes sümüyü sərtləşir və səs dalğalarının daxili qulağa keçməsinə mane olur. Nəticədə xəstə ötürücü tip eşitmə itkisi yaşayır. Proses bəzən irəliləyərək daxili qulaq zədələnməsi (sensorinevral eşitmə itkisi) ilə də nəticələnə bilər.
Stapedektomiya əməliyyatı necə keçirilir?
- Yerlik və ya ümumi anesteziya altında aparılır
- Qulaq kanalından girilərək mikroskop altında icra olunur
- Əməliyyat müddəti: 30–60 dəqiqə
- Xəstə eyni gün və ya növbəti gün evə buraxıla bilər
- Tam eşitmə bərpası bir neçə həftə ərzində baş verir
Əməliyyatın üstünlükləri:
- Eşitmə qabiliyyəti ciddi dərəcədə yaxşılaşır
- Eşitmə cihazına olan ehtiyac aradan qalxa bilər
- Həyat keyfiyyəti artır, sosial adaptasiya bərpa olunur
- Tinnitus (qulaqda səs) azalır və ya tam yox ola bilər
➤ Stapedektomiya əməliyyatı ağrılıdırmı?
Əksər hallarda lokal anesteziya ilə ağrısız şəkildə keçirilir. Sonradan da minimal ağrı olur.
➤ Eşitməm tam qayıdacaq?
Ən çox hallarda 70–90% hallarda eşitmə ciddi yaxşılaşır. Nəticə pasiyentin vəziyyətindən asılı olaraq fərqlənə bilər.
➤ Eşitmə cihazı taxmağa davam edəcəm?
Əgər digər qulaqda da otoskleroz yoxdursa və əməliyyat uğurludursa, cihaza ehtiyac olmaya bilər.
➤ Hər iki qulaqda aparıla bilər?
Bəli. Bir qulaq sağaldıqdan sonra 6–12 ay sonra digər qulaq əməliyyat edilə bilər.