Burun və boğaz problemlərinə toxuma qoruyucu, ağrısız və müasir yanaşma!
Radiofrekans (RF) tətbiqi – yüksək tezlikli radio dalğaları ilə toxumalarda mikro istilik enerjisi yaradaraq onların həcmcə kiçilməsini və funksiyasının normallaşmasını təmin edən minimal invaziv prosedurdur.
Əməliyyatsız və ya çox az travma ilə aparılan bu üsul, xəstənin gününü keçirmədən təbii nəfəsinə qovuşmasına imkan verir.
Haralarda tətbiq olunur?
1. Burun əti böyüməsi (Konxa hipetrofiyası)
2. Qulaq tıxanıqlığına səbəb olan östaki disfunksiyası
3. Xoruldama və yüngül yuxu apnesi
4. Bəzi hallarda kiçik dil və damaq toxumalarının kiçildilməsi
5. Xroniki badamcıq və adenoid böyümələri
6. Bəzi hallarda burun poliplərində
Necə aparılır?
- Lokal anesteziya altında, ağrısız şəkildə icra olunur
- Tətbiq olunan ucluq vasitəsilə toxumanın içərisinə yüksək tezlikli enerji verilir
- Bu enerji toxumanın içini isidərək onu tədricən kiçildir, amma səthinə zərər vermir
- Ortalama 5–15 dəqiqə çəkir
- Xəstə eyni gün evə buraxılır
Üstünlükləri:
- Kəsik və tikişsizdir
- Ağrısız və qansızdır
- Ambulator (gündəlik prosedur) şəraitdə aparılır
- Qısa müddətdə nəfəs alma yaxşılaşır
- Səth toxumaları qorunur, funksiyalar zədələnmir
- Təkrar olunması mümkündür (lazım olduqda)
Prosedurdan sonra nə gözləmək olar?
- Yüngül dolğunluq hissi, nadir hallarda az miqdarda qanlı ifrazat
- 1–3 gün ərzində təhlükəsiz bərpa dövrü
- Dərman və burun yuyucu məhlullarla dəstək müalicə
- Ağrıkəsici ehtiyacı çox az olur
➡ Radiotezlik əməliyyat deyil?
Bəli, bu prosedur cərrahi əməliyyat deyil, toxuma qoruyucu bir müdaxilədir.
➡ Təkrar ehtiyac olur?
Əgər xəstəliyin səbəbi davam edərsə (allergiya, qıcıqlandırıcı maddələr), təkrar tətbiq edilə bilər, lakin çox hallarda 1 seans kifayət edir.
➡ Təsiri nə vaxt görünür?
Adətən 1–2 həftə ərzində burun tıxanıqlığı azalır, maksimum nəticə 3–4 həftəyə əldə olunur.
➡ Radiotezlik estetik dəyişiklik yaradırmı?
Xeyr. Tətbiq olunan bölgə daxildədir, xarici görünüşə təsir etmir.