MİSSİYA BƏYANATI
LOR Hospital-ın missiyası – xəstələrin ehtiyaclarına uyğun, yüksək keyfiyyətli, etik və təhlükəsiz tibbi xidmət göstərərək cəmiyyətin sağlamlıq səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir. Biz beynəlxalq standartlara uyğunlaşma, pasiyent məmnuniyyəti və davamlı inkişaf prinsipinə sadiqik.
Əsas məqsədlərimiz:
- Pasiyent mərkəzli xidmət modeli tətbiq etmək
- Keyfiyyət menecment sistemini bütün səviyyələrdə tətbiq etmək
- İşçi heyətin bilik və bacarığını daim artırmaq
- Effektiv resurslardan istifadə edərək xidmətin dayanıqlılığını təmin etmək
- Etik dəyərlərə və qanunvericiliyə tam uyğun fəaliyyət göstərmək
VİZYON BƏYANATI
Gələcəkdə LOR Hospital-ın vizyonu – Azərbaycanda və regionda etibarlı, texnologiya ilə inteqrasiya olunmuş, innovativ və akademik səviyyədə qabaqcıl səhiyyə müəssisəsi kimi tanınmaqdır.
Vizyon istiqamətləri:
- Rəqəmsal səhiyyənin tətbiqi ilə xidmət keyfiyyətinin artırılması
- Elmi tədqiqatlar və davamlı tibbi təhsilin dəstəklənməsi
- Beynəlxalq akkreditasiyalara uyğun fəaliyyət göstərmək
- Sosial və ekoloji məsuliyyət daşıyan səhiyyə modeli yaratmaq
- Daxili proseslərdə risk əsaslı düşüncə və proaktiv idarəetməni gücləndirmək
DƏYƏRLƏRİMİZ
Etik prinsiplərə əsaslanan, pasiyent mərkəzli yanaşmanı, təhlükəsizlik mədəniyyətini və davamlı inkişaf strategiyasını özündə birləşdirən yüksək keyfiyyətli səhiyyə xidməti.