info@lorhospital.az | ƏLAQƏ
Əsas Səhifə » Səs mərkəzi

Səs mərkəzi

Səs müalicə bələdçisi

Səs Problemləri üçün müalicə seçimləri

Klinikamızın nəzdində yerləşən SƏS MƏRKƏZİ xüsusən peşəkar səs istifadəçilərinin səs problemləri ilə bağlı diaqnostika və müalicə sahəsində ixtisaslaşmış bir mərkəzdir.
Komanda işi ilə, Səs mərkəzi mütəxəssisləri bir dəriyə xas üsulla xəstələrin ehtiyacı olan müalicə planlarını hazrlayırlar. Komandamızda qulaq-burun-boğaz həkimləri, foniatr, səs terapevti və səs pedaqoqu - vocal coach başda olmaqla əsas xidmətləri həyata keçirən mütəxəssislər təmsil olunurlar. Səs mərkəzi klinikanın digər şöbələri ilə koordinasiyalı bir plan həyata keçirərək xəstələri diqqət mərkəzində saxlayır. Bu səhifə Səs müalicələri ilə bağlı bir önbaxışı özündə ehtiva edir.

Səs Problemləri haqqında

Səs problemləri simptomlarına səs batıqlığı, səsin xırıltılı-boğuq olması, danışıq və ya oxuma zamanı narahatlıq, oxuyarkən nəzarətin itirilməsi kimi hallar daxildir. Bu simptomların səbəbləri bir səs mütəxəssisinin baxışı və müayinəsi olmadan müəyyənləşdirilə bilinmir.

Səs Problemlərinin növləri

Səs batıqlığı anormal səs dəyişikliklərini təsvir edən ümumi termindir. Bu zaman səs xırıltılı, haçalı, boğuq və s. olur, bununla yanaşı səsin tezliyində, həcmində, aydınlığında dəyişikliklər görülür.
Laringit ümumən səs büküşlərində və ya qırtlaqda iltihab yaranması halıdır, bu da səs batıqlığına və ya səsin tam itməsinə səbəb ola bilər.
Funksional Disfoniya səs büküşləri və ya qırtlaqda hər hansı iltihabi xəstəlik olmaması halında səsdə problem - səs batıqlığı olması vəziyyətidir.
Larinqofaringeal reflüks xəstəliyi (LFR) mədə turşusunun boğaza gəlməsi halında yaranır. LFR boğazda iltihaba, boğaz və qırtlaq şişliklərinə, səs batıqlığına səbəb ola bilir, həmçinin boğazda yad cisim hissiyyatı, selik yapışqanlığı hissiyyatı, və tez-tez boğaz təmizləmək ehtiyacı kimi hallarda müşahidə olunur.
Əzələ Gərginliyi Disfoniyasıı (Muscle tension dysphonia) səs ilə bağlı əzələlərin ton balanssızlığından yaranan və səs batıqlığına və vokal yorğunluğa səbəb olan bir vəziyyətdir.
Spazmodik disfoniya lokal əzələ pozuntusudur, səsin spastik gərginliyinə və boğuq bir formada çıxmasına səbəb olur.
Peşəkar səs pozulmaları - Bir çox şəxs səslərindən həyatlarını təmin etmək üçün istifadə edirlər; bu qrupa müğənnilər, aktyorlar, diktorlar, ruhanilər, satıcılar, natiqlər və s. aiddirlər. Səsin bu qədər çox istifadə edilməsi onlarda müvəqqəti və ya daha uzun müddətli olan səs problemləri meydana gətirə bilər. Bu problemlər səs yorğunluğuna, səs tempinin azalmasına, danışıq zamanı səsin daha aydın çıxmamasına səbəb olur. Belə simptomların davamlı olması səs mütəxəssislərinin müayinəsinə getməyi zəruri edir.

Udma problemləri - disfagiya və ya udma çətinliyi, bir sıra hallarda yaranır; bura xərçəng, xərçəngə görə tətbiq edilən cərrahiyyə və ya radio-terapiya, larinqofaringeal reflüks, degenerativ nevroloji hal, iflic və yemək borusu davranışındakı problem və s. daxildir. Səs terapevtləri, LOR həkimləri, mədə-bağırsaq mütəxəssisləri və nevropotoloqların hərtərəfli bir yanaşması ilə müvafiq diaqnoz və müalicə labüd görülür.
Səs büküşü disfunksiyası nəfəs darlığı kimi hallarla xarakterizə olunan bir vəziyyətdir, səs büküşlərində yersiz hərəkətliliyə səbəb olur, bu da yuxarı tənəffüs yollarında maneələr yaradır. Bu hallarda tənəffüs və səs terapiyası çox effektiv müalicə üsullarıdır.
Səs büküşü xoş xassəli yenitörəmələri səs telləri boyunca anormal bir formada böyüyən, səs telərindəki normal vibrasiya funksiyasını zədələyən və səs batıqlığına səbəb olan törəmələrdir. Bu törəmələrə düyünlər, poliplər və kistalar daxildir. Bu hallarda səs terapiyası və ya cərrahi müalicə, bəzən də hər ki müalicə üsulu birgə tətbiq edilir.
Reinke ödemi uzun müddətli siqaret istifadəsi təsirindən səs teli qatlarında meydana gələn xroniki şişkinlikdir. Bu şişlik adətən səs batıqlığına səbəb olur və pasiyent siqaret çəkməyi dayandırmazsa, ancaq cərrahi əməlliyatla düzələ bilər.
Təkrarlanan respirator Papillomatoz - papillomaların qırtlaq və ya səs büküşü səthi boyunca və ya nəfəs borusundan ağ ciyərlərə qədər gedən tənəffüs yolları boyunca inkişaf etdiyi bir xəstəlikdir. İnsan papilloma virusunun səbəb olduğu papillomalar, adətən nizamsız təkrarlanma nümunələri ilə xarakterizə olunan xroniki problemlərdir. Bu xəstəlik səs batıqlığına səbəb olur, lakin bəzən papillomaların aşağı hava yollarına qədər uzanması nəfəs problemlərinə də gətirib çıxarır. Qırtlaq papilloma-toxu böyüklərdə, uşaqlarda və hətta körpələrdə də rast gəlinə bilər. Bu xəstəlik adətən papillomaların təkrar təkrar kəsilməsini (təmizlənməsini) tələb edir. Təəssüf ki hal hazırda bu xəstəliyin tamamilə aradan qaldırılması üçün 100%-li bir müalicə üsulu yoxdur.
Səs büküşü iflici səs tellərindən birinin və ya hər ikisinin hərəkətsiz olduğu haldır, bu da səs batıqlığına və nəfəs problemlərinə səbəb ola bilir. Bu hal konkret bir diaqnoz tələb edir. qısa və ya uzun müddətli səs reabilitasiyası zamanı cərrahi və ya səs terapiyası kimi üsullar, bəzən də hər ikisi birlikdə tətbiq edilir.

Səs büküşü çapıqları səs tellərindəki elastik təbəqənin tədricən tədricən zədələnməsi nəticəsində yaranır. Bu hal qeyri-normal vokal gigiyena, səs istismarı, postintubasion zədə, anadangəlmə səs büküşü törəmələri, cərrahi əməlliyyat nəticəsində, eləcə də ahıl yaşlı insanlarda meydana gələ bilər.
Qırtlağın stenozu (daralması) nəfəs yolundakı daralma halıdır, bu da səs büküşlərində və onları hərəkət etdirən oynaqlarda ilkin travmaya səbəb olur. Stenozun səbəbləri; intubasiyadan sonra yaranan travma, endotraxeal borunun uzun müddətli yerləşdirilməsi (anesteziya zamanı), və ya yerləşdirilmiş endotraxeal borunun nəfəs yolu üçün çox böyük olması. Stenoz eyni zamanda xroniki autoimmun xəstəlikləri olan (məsələn, Wegener Granulomatozu və Revmatoid artrit) pasyentlərdə də müşahidə edilə bilər.
Qırtlaq xərçəngi - Qırtlağın daxili divarları skuamoz hüceyrələrlə əhatə olunur. Demək olar ki, bütün qırtlaq xərçəngləri bu hüceyrələrdən başlayır. Əgər xəstəlik ilkn mərhələdə aşkar edilməyibsə,xərçənh boyun nahiyəsindəki yaxın lmfa düyünlərinə yayılır (metastaz). Tez aşkarlanan qırtlaq xərçəngi qısa müddətdə müalicə olna bilər.

  • Səs büküşü medializasiyası tək tərəfli səs teli iflicinin yüngül bir sakitləşdirici dərman ilə lokal anesteziya altında bərpasıdır.
  • Səs tellərinin inyeksiyası və mikrocərrahiyyəsi xüsusi alətlər vasitəsilə ixtisaslaşmış komanda tərəfindən tam təchiz olunmuş əməliyyatxanada həyata keçirilir.

Bəzi cərrahi əməlliyatlarda lazer üsulundan istifadə olunur. Bəzi səs teli əməliyyatları səsin tamamilə istirahəti üçün müəyyən bir müddət tələb edir. Bu zaman ya evdə, ya da xəstəxanada qısa müddətli qalmaq vacibdr. Əməliyyat sonrası narahatlıq adətən uzunmüddətli olmur, lakin bu müddət ərzində xəstələrdə boğaz ağrısı, səs batıqlığı, dildə müvəqqəti keyimə halı, dad almada dəyişiklik və s. kimi vəziyyətlər müşahidə oluna bilər. Hər cərrahi əməliyyat xəstənin tibbi və vokal vəziyyətinə uyğun olaraq planlaşdırılır.

Səs batıqlığı anormal səs dəyişikliklərini təsvir edən ümumi termindir. Bu zaman səs xırıltılı, haçalı, boğuq və s. olur, bununla yanaşı səsin tezliyində, həcmində, aydınlığında dəyişikliklər görülür.
Cərrahi müalicəyə xoş və bədxassəli eləcə də xərçəngönü şişlərin və ya törəmələrin müvəqqəti və ya daimi aradan qaldırılması, səs büküşü iflicləri zamanı səs bərpası üçün tətbiq olunan müalicə üsulları daxildir.
Səs büküşü medializasiyası təktərəfli səs teli iflicinin yüngül bir sakitləşdirici dərman ilə lokal aneztesiya altında bərpasıdır.
Səs tellərinin inyeksiyası və mikrocərrahiyyəsi xüsusi alətlər vasitəsilə ixtisaslaşmış komanda tərəfindən tam təchiz olunmuş əməliyyatxanada həyata keçirilir.
Bəzi cərrahi əməliyyatlarda lazer üsulundan istifadə olunur. Bəzi səs teli əməliyyatları səsin tamamilə istirahəti üçün müəyyən bir müddət tələb edir. Bu zaman ya evdə, ya da xəstəxanada qısa müddətli qalmaq vacibdir. Əməliyyat sonrası narahatlıq adətən uzunmüddətli olmur, lakin bu müddət ərzində xəstələrdə boğaz ağrısı, səs batıqlığı, dildə müvəqqəti keyimə halı, dad almada dəyişiklik və s. kimi vəziyyətlər müşahidə oluna bilər. Hər cərrahi əməliyyat xəstənin tibbi və vokal vəziyyətinə uyğun olaraq planlaşdırılır.

Peşəkar və İfaçı Səsi qayğısı

Lor Hospital SƏS MƏRKƏZİ ölkəmizdə səs problemlərinin diaqnostika və müalicəsi üzrə komanda şəklində peşəkar xidmət göstərən ilk mərkəzdir. Buradakı mütəxəssislər Səs ifaçılarına daha yaxşı bir ifa, uzun karyera və səs sağlamlığı üçün kömək edir.
Mərkəzdə hər bir pasyent foniatr (səs problemləri həlli üzrə ixtisaslaşmış qulaq-burun-boğaz həkimi) və səs terapevti tərəfindən birgə müayinə olunaraq səs probleminin səbəbinin müəyyənləşdirmək üçün ortaq dəyərləndirmələr aparılır. Müayinəyə pasiyentin tibbi anamnezindən asılı olaraq, ümumi tibbi yoxlanış, ümumi LOR müayinəsi, qırtlağın spesifik müayinəsi, səs yazma və s. daxildir. Səs büküşlərinin birbaşa qiymətləndirilməsi videostroboskopiya, yüksək tezlikli video-çəkilim vasitəsilə aparılır.
Səs komandası problemlə bağlı toplanan informasiyalardan istifadə edərək müalicəni istiqamətləndirirlər. Pasyentin səs müəllimi və ya şəxsi həkimi də müalicə planına daxil edilir. Ehtiyac olduğu təqdirdə peşəkar səs istifadəçisinin müayinəsi performans göstərdiyi məkanda (studiya, teatr və s.) aparıla bilər. Səs komandası payentin müalicə prosesinin qiymətləndirilməsi üçün ona şəkillər və ya video fayllar verə bilər ki, bu materiallar həm onun səs büküşləri ilə bağlı məlumat alması və müalicə nəticəsini vizual qiymətləndirməsi, eləcə də gələcəkdə müraciət edə biləcəyi hər hansı başqa klinikada müayinəsi zamanı obyektiv anamnestik məlumatlara malik olması baxımından çox böyük rol oynamış olur.

Səs mərkəzi xidmətləri 

Bizim əhatəli səs müayinə-müalicə xidmətlərimiz səs problemləri yaşayan bütün pasyentləri ehtiyac duyulduğu təqdirdə hərtərəfli optimal qayğı ilə təmin etməkdə kömək edir. Biz səsdəki böyük və kiçik problemləri müalicə edir, şəxsi məsləhət xidmətləri və əhatəli dəyərləndirmə ilə problemin yenidən yaranmasının qarşısının alınmasına kömək edirik.

Səsin dəyərləndirilməsi 

Səs ilə bağlı problemlərin, xüsusən də qırtlaq biomexanikası və səs büküşü titrəşimi kimi halların dəyərləndirilməsində Səs mərkəzi mütəxəssislərimiz müasir avadanlıqlardan istifadə edirlər. LOR Hospital SƏS MƏRKƏSİ heyəti hər bir xəstənin səs problemlərinin xarakterini və dərəcəsini müəyyənləşdirmək üçün fiziki yoxlamalar və testlər həyata keçirir.
Bu testlərə səsin yazılması və analizi, fiberoptik (elastik) və ya sərt endoskopiya vasitəsilə səsin yüksək keyfiyyətli video analizi, videostroboskopiya (səs büküşlərinin titrəşimi və ya dözümlülüyünü qiymətləndirmək üçün alət), yüksək tezlikli video çəkim və s. daxildir. Ehtiyac olduğu təqdirdə tam nəfəs yolu müayinəsi də əməkdaşlarımız tərəfindən aparıla bilər.

Müalicə seçimləri (Treatment Options)

Əksər səs problemləri cərrahi bir müdaxilə olmadan tibbi qayğı və davranışlarda müəyyən dəyişikliklər etməklə uğurlu bir formada nəzarət altında saxlanıla bilər. Əgər cərrahi müdaxilə vacibdirsə, bizim cərrahlarımız tərəfindən səs büküşünün mikrostruktural və elastik qatlarına, qırtlaq toxumalarına ən az ziyan verən üsullardan istifadə edilir.
Səs mərkəzi müxtəlif səs problemlərinə qarşı aşağıdakı müalicə üsullarını təklif edir:
Səs terapiyası – səsdəki problemin aradan qaldırılması və səs sağlamlığının bərpası üçün tətbiq edilən səs təlimi və fiziki təlimlər.
Qırtlaq manipulyasiya - Manual olaraq qırtlaqdakı nizamsız əzələ gərginliyi ni azaltmaq və səs keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilən bir üsuldur.
Tibbi terapiya - allergiyanın və ya infeksiyanın meydana çıxartdığı və qırtlağın qıcıqlanmasına səbəb olan laringit, asid reflüksü və post-nazal drenajı müalicə etmək üçün istifadə olunan üsul.
Ofis əsaslı (poliklinik) müalicələr pasyentlərə yerli anesteziya altında poliklinik şəraitdə tətbiq olunan və anında fayda (səsin düzəlməsi) saxlanıla bilən üsullar olub, səs mütəxəssislərinə müalicənin effektivliyini qiymətləndirmək üçün imkanlar verir:
Botulinum toksini (botox) inyeksiyası spasmodik disfoniyanın müvəqqəti müalicəsi üçün istifadə olunur, adətən səsin keyfiyyətini 3 və ya 4 aylığına yaxşılaşdırır. Bu üsul çox sadədir və nəticənin yaxşı olacağı və xəstənin normal və ya normala yaxın bir səsə malik olacağı öncədən xəstədə təcrübə edilir.
Səs büküşü inyeksiyası iflic, yüngül iflic, qocalıqla bağlı hallarda qısamüddətli səs müalicəsidir.
Lazer əməliyyatı səs teli törəmələri üçün müalicə üsuludur, buraya qırtlaq papillomatozu, damar zədələnmələri və qırtlaq displaziyası daxildir. Xəstəllər ilkin mərhələdə əməliyyat otağında müəyyən cərrahi müdaxilələrdən keçirlər, müalicə sonra ofis əsaslı müalicəyə çevrilir.