info@lorhospital.az | ƏLAQƏ
Əsas Səhifə » Astma mərkəzi

Astma mərkəzi

Lor Hospitalda Yerləşən Nəfəs Mərkəzində spirometriya, rinomanometriya, Yuxu testi(polisomnoqrafiya)    müayinələri aparılır.    

Rinomanometriya  - burun arakəsməsi əyriliyi və burun balıqqulaqları hipertrofiyasının təsbitində istifadə edilə bilən bir üsuldur.Akustik rinomanometriya vasitəsilə normal nazal anotomiya, nazal siklus, dərmanların burun boşluğuna təsiri, septal deviasiya (burun çəpəri əyriliyi), konxa hipertrofiyası (burun balıqqulaqlarının böyüməsi) və nazal polip kimi bəzi xəstəliklərdəki dəyişikliklər, eləcə də nazal cərrahiyyənin nəticələri dəyərləndirilir. Burun boşluğunun inkişafının iz¬lənməsində pediatrik yaş qrupunda da istifadə edilir.

 Bundan başqa, yuxu apnoesi kimi nazal hava yolu müqavimətinin artdığı xəstələrdə də akustik rinomanometriyadan istifadə edilir.          

Spirometriya - hava axını sürətinin məhdudlaşmasının ölçülməsidir. Bu test vasitəsilə tənəffüs yollarının keçiriciliyi yoxlanılır. Diaqnozu təsdiqləmək üçün spirometriya adlanan tənəffüs testi aparılmalıdır.

Göstərişlər aşağıdakılardır:

1. Profilaktik müayinə:

    o Siqaret çəkən asimptomatik xəstələr

    o Ağciyər ağırlaşmaları riski yüksək olan işçilər

    o Sianozu olan xəstələr

    o Döş qəfəsinin deformasiyası olan xəstələr

2. Qeyri-normal laborator və radioloji müayinələrin nəticələrinin qiymətləndirilməsi

    o Döş qəfəsi rentgenində patoloji dəyişikliklər

    o Hiperkapniya

    o Hipoksemiya

    o Polisitemiya

3. Respirator simptomları olan xəstələrin müayinəsi:

    o Təngənəfəslik

    o Quru xırıltılar (“auskultasiyada külək səsi”)

    o Öskürək

4. Məlum respirator xəstəliyi olan xəstələrin ardıcıl müayinəsi

    o Astma

    o XOACX (xroniki obstruktiv ağciyər xəstəliyi)

    o İntersitsial ağciyər xəstəliyi

    o Neyro-əzələ xəstəlikləri

5. Preoperativ (əməliyyat öncəsi) müayinə

     o Yanaşı ağciyər xəstəliyi olanlarda böyük cərrahi müdaxilə planlaşdırıldıqda

     o Ağciyərlərin rezeksiyası planlaşdırıldıqda

6. Terapevtik müdaxilələrin effektinin müəyyən edilməsi

    o Bronxodilatatorla müalicənin təsirinin qiymətləndirilməsi

    o Astma, intersitsial ağciyər xəstəliyi və s. xəstəliklərin müalicəsində steroidlərlə müalicənin effektinin    müəyyən edilməsi

    o Durğunluq ürək çatışmazlığının müalicəsindən sonra

7. Ağciyərlərə ciddi toksiki effekti olan preparatlarla müalicə(amiodaron, bleomisin, kimya terapiyası, şüa terapiyas, sümük iliyi transplantasiyası) alan xəstələrdə terapiyanın başlanmasından öncə və sonradan dövrü müayinələr

 

Əgər Sizdə də tənəffüs problemi varsa LOR Hospitala müraciət edə bilərsiniz!