info@lorhospital.az | ƏLAQƏ
Əsas Səhifə » Haqqımızda

Haqqımızda

2013-cü ildən fəaliyyət göstərən LOR HOSPITAL  Klinikasında  hər növ burun, qulaq, boğaz  və qırtlaq əməliyyatları, eləcədə plastik və rekonstruktiv  əməliyyatlar həyata keçirilir. Yerli uzman  həkimlərimizlə yanaşı Türkiyədən, Rusiyadan və Ukraynadan gələn həkimlər də burada yüksək keyfiyyətli tibbi xidmət göstərirlər.

Klinikada 3 əsas mərkəz fəaliyyət göstərir: Eşitmə Mərkəzi, Səs Mərkəzi, Nəfəs Mərkəzi.

Azərbaycanda ilk dəfə olaraq  Lor Hospitalda Eşitmə  Mərkəzi fəaliyyətə başlamışdır. Bu mərkəzdə hər yaş qrupundan olan şəxslərin eşitmə muayinələri Türkiyədə kurs keçmiş yüksək ixtisasli mütəxəssislər tərəfindən həyata kecirilir. Eşitmə mərkəzində -Otoakustik emisyon, Audiometriya, BERA  Testi, Timpanometriya   müayinələri həyata keçirilir.                                                            

Klinikada həmçinin Səs Mərkəzi də fəaliyyət göstərir. Klinikamızın nəzdində yerləşən SƏS MƏRKƏZİ xüsusən peşəkar səs istifadəçilərinin səs problemləri ilə bağlı diaqnostika və müalicə sahəsində ixtisaslaşmış bir mərkəzdir. Komanda işi ilə, Səs mərkəzi mütəxəssisləri bir dərziyə xas üsulla xəstələrin ehtiyacı olan müalicə planlarını hazırlayırlar. Komandamızda qulaq-burun-boğaz həkimləri, foniatr, səs terapevti və səs pedaqoqu-vocal coach başda olmaqla  əsas xidmətləri həyata keçirən mütəxəssislər təmsil olunurlar. Səs Mərkəzi klinikanın digər şöbələri ilə koordinasiyalı bir plan həyata keçirərək xəstələri diqqət mərkəzində saxlayır.

 Səs Mərkəzində-Qırtlaq - səs büküşlərinin  vizual müayinəsi (Videolarinqostroboskopiya,  Səs büküşü hərəkətinin yüksək tezlikli video çəkimi), Səsin akustik analizi, Voice coach - vokal məşqlər kimi müayinələr həyata keçirilir.

Nəfəs Mərkəzimizdə  isə rinomanometriya, spirometriya, yuxu testi (polisomnoqrafiya) kimi müayinələr həyata keçirilir.

 Bundan başqa Lor Hospital klinikasi dünyada eşitmə cihazı istehsal edən 3 iri şirkətin rəsmi distribyutorudur.  Eşitməsində problemi olan şəxslər yuksək ixtisaslı həkimlər tərəfindən müayinə olunur, əgər eşitmə cihazının istifadəsi  məsləhət görülərsə xəstələr yerindəcə bu cihazlarla təmin olunurlar.

Klinikada həmçinin, anadangəlmə və sonradan qazanılmış ağır dərəcəli eşitmə itikisi  olan xəstələrə xarici həkimlər və Uzman həkimlər   tərəfindən Koxlear implant əməliyyatı da həyata keçirilir.Əməliyyatdan sonra implantlı,həmçinin də nitq qüsuru olan xəstələrlə Türkiyədə  xüsusi kurs keçmiş loqopedlər məşğul olur.

Uşağınızda eşitmə ilə bağlı hər hansı bir şübhəniz varsa mütləq LOR HOSPITAL klinikasina müraciət edin.Çünki eşitmə itkisinin erkən aşkara çıxarılması problemin vaxtında həlli üçün önəmlidir.

 

 

LOR HOSPITAL

Sizin xidmətinizdədir!