info@lorhospital.az | ƏLAQƏ
Əsas Səhifə » Baş ağrıları nədən yarana bilər?

Baş ağrıları nədən yarana bilər?

Baş ağrıları müxtəlif səbəblərdən olur. Bunları əsasən bir neçə yerə bölərək qruplaşdırırlar.

Əsasən damar mənşəli baş ağrıları olur. Bu zaman ən çox beyində olan qan dövranında dəyişiklik nəticəsində həmin nahiyədə, damarlarda kalsiduzlar toplanır və onların mərkəzi daralır. Bununla da beyinə qan yaxşı getmədiyi üçün damar mənşəli baş ağrıları əmələ gəlir. Buna əsasən insultdan öncə və sonra, miqren tipli baş ağrılarını və digərlərini göstərə bilərik. Xəstədə əgər bu tip əlamətlər varsa və daimi onu narahat edirsə zamanında həkimə müraciət edilməlidir.
İnsanlar baş ağrısı zamanı ürəkbulanma, başda sıxılma, boyun əzələlərində ağrılar hiss edirlər. Müəyyən vaxtdan sonra isə bu keçib gedir.

Bundan başqa müxtəlif burun-boğaz xəstəliklərindən də baş ağrıları əmələ gəlir. Qaymarit, kəllə nahiyəsində iltihab ağrılar varsa bunlar hamısı başa təsir edir. Burada burun tənəffüsünün də böyük rolu var. Yəni, bir növ soyuqdəyməyə bənzər baş ağrıları əmələ gəlir ki, bunu da nevropatoloqla bərabər burun-boğaz həkimi ilə məsləhətləşmək lazımdır.

Həkimə nə zaman müraciət etmək lazımdır?
Əgər xəstə görürsə ki, gün ərzində bir neçə dəfə onda baş ağrısı var və bu ağrılar 15 gündən çox davam edirsə mütləq həkimə getmək lazımdır.
Özbaşına dərmanlardan istifadə etmək lazım deyil. Ona görə ki, onlar xəstəliyin şəklini dəyişdirə bilir.