info@lorhospital.az | ƏLAQƏ
Əsas Səhifə » Yad cismin tənəffüs yollarına düşməsi

Yad cismin tənəffüs yollarına düşməsi

Bu, əsasən uşaqlarda olan problemdir. Yad cisim tənəffüs yollarının istənilən sahəsində - burunda, qırtlaqda, traxeyada, bronxlarda, hətta ağ ciyərdə də ola bilər.
Yad cismin qırtlaq və traxeyada olması ən təhlükəli hal hesab edilir.

Yad cismin tənəffüs yollarının bu hissələrində olması havanın ağ ciyərlərə daxil olmasını tamamilə dayandıra bilər! Uşağa dərhal müvafiq tibbi yardım göstərilməzsə, o, həlak ola bilər!
Bəzi hallarda uşağın tənəffüs yollarına düşən yad cisim xeyli müddət ərzində (günlər, həftələr, hətta illər) özünü heç bir əlamətlə büruzə verməyə bilər. Bir müddət keçdikdən sonra isə bu yad cisim ağ ciyər qanaxması və digər ciddi fəsadların yaranmasına səbəb ola bilər ki, onları da yalnız cərrahi yolla müalicə etmək olar.

Ona görə də, hörmətli valideynlər, uşağınızı yad cismin tənəffüs yollarına düşməsi nəticəsində yarana biləcək təhlükələrdən xilas etmək üçün, sadəcə olaraq 3-4 yaşınadək olan uşaqlara çox kiçik oyuncaqlar, əşyalar və qida maddələri (qoz, fındıq və digər ləpələr, noxud və s.) verməyin, onların əlləri çata bilən yerlərə heç bir kiçik əşyalar qoymayın, kiçik uşaqları hər zaman nəzarətiniz altında saxlamağa çalışın!