info@lorhospital.az | ƏLAQƏ
Əsas Səhifə » Südəmər və kiçik yaşınlı uşaqlarda Fe defisitli anemiya

Südəmər və kiçik yaşınlı uşaqlarda Fe defisitli anemiya

Südəmər və kiçik yaşınlı uşaqlarda Fe defisitli anemiya

Uşağın yaşından asılı olaraq hemoqlobin səviyyəsi belədir:
0– 1 sutka -------------- < 145 q/l
1– 14 gün ------------- < 135 q/l
14-28 gün -------------- < 120 q/l
1 ay – 6 yaş -------------- < 110 q/l
Dəmir defisitli anemiya bütün anemiyaların təxminən 80%-ni təşkil edir. Bu kliniki-hemotoloji sindrom Fe çatışmamazlığı nəticəsində Hb sintezinin pozulması ilə xarakterizə olunur. 
Dəmir(Fe) orqanizm üçün lazım olan əsas mikroelementlərdən biridir. Dəmir ehtiyatı orqanizmdə 2 formada olur: ferritin (70%-ə qədər) və hemosiderin (30 %-ə qədər). Uşaqlarda dəmirin paylanmasının xüsusiyyəti odur ki, eritroid hüceyrələrdə dəmirin miqdarı çox, əzələ toxumasında isə azdır. Sutkalıq rasionda 5-20 mq Fe olmasına baxmayaraq yalnız 1-2 mq Fe sorulur. Ana südündə dəmirin miqdarı çox olmasa da sorulması yüksəkdir. Uşaq orqanizminin dəmirə olan gündəlik tələbatı 0,5-20 mq təşkil edir. İntensiv inkişaf dövründə dəmirə olan təlabat artır və depolarda Fe ehtiyyatı azalır.Bu proses yarımçıq doğulmuşlarda 3-cü ay, vaxtında doğulmuşlarda 5-6 ayında baş verir. Fe difisitli anemiyaya səbəb olan amillərə orqanizmin dəmirə tələbatının artması, MBT xəstəlikləri, uşaqların inək və ya keçi südü ilə qidalanması, limfatiko hipoplastik diatez və s.
Fe defisitli anemiyaların simptomları ümumidir: dəri və selikli qışaların solğunluğu, ümumi, zəiflik, ağlağanlıq, oyanıqlıq, iştahın azalması və itməsi, tərləmə, səthi yuxu, qaytarma, saçın tökülməsi, dırnaqların qırılması, karies və s. simptomlar. 
Müalicə zamanı həkim təyinatı ilə dəmir tərkibli preparatların təyini və tərkibi dəmirlə zəngin qidaların istifadəsi məsləhət görülür. Əgər yuxarıda göstərilən əlamətləri uşağınızda müşahidə etmisinizsə klinikamızın pediatrı Aslanova İlahə xanıma müraciət edin.