info@lorhospital.az | ƏLAQƏ
Əsas Səhifə » Reflüks xəstəliyi

Səs batmasının səbəbləri. Reflüks xəstəliyi

SƏS BATMASININ SƏBƏBLƏRİ
REFLÜKS XƏSTƏSLİYİ

Normada mədənin içində olan qida və mədə şirəsi mədədən geri qida borusuna, qırtlağa və udlağa düşmür. Bunun üçün mədənin girişində xüsusi qapaq var ki, bu qapaq mədənin içindəkini geri axmağa imkan vermir. Lakin bəzi xəstəliklər zamanı bu qapaq zəifləyir və mədə şirəsi qida borusuna və qırtlağa düşür. Bu xüsusilə gecə saatlarında insan uzanmış vəziyyətdə olanda mümkün olur. Mədə şirəsi səs tellərinə düşür və onları qıcıqlandırır. Nəticədə insanın səsi batır, xırıltılı olur.