info@lorhospital.az | ƏLAQƏ
Əsas Səhifə » BU ÇOX MARAQLIDIR!

BU ÇOX MARAQLIDIR!

BU ÇOX MARAQLIDIR!
İnsan beyninin sağ və sol yarımkürələri bir-birindən tam fərqlidir. Məsələn, səslərin qavrama qabiliyyətinə beynin sol yarımkürəsi malik olan halda beyinin sağ yarımkürəsi səslərin çalarları və intonasiyasının qavrımasına cavabdehdir. Alimlərə o da məlumdur ki, beyinin sol yarımkürəsi analitik düşüncəyə, sağ yarımkürə isə yaradıcılıq və emosiyalara məsuliyyət daşıyır.
Lakin bu sahədə yeni tədqiqatlar göstərir ki, səs informasiyasının bu cür ayrı-ayrılıqda seçilməsi artıq qulağın içində başlayır. Qulağın hüceyrələri səslərə reaksiya göstərərək vibrasiyanın güclənməsi məqsədilə tez-tez sıxılıb genişlənir və sonra elektik impulslara çevirilib, beyinə göndərilirlər. Bu reaksiyaya istinadən məlum olub ki, insanın sağ qulağı bir sıra ritmik səslərə (yəni sözlərə, danışığa), sol qulağı isə musiqi səslərinə daya çox meyillidir.
Bu elmi nəticələrə əsaslanaraq audiologiya dünyası binaural, yəni eşitmə cıhazların ikitərəfli istifadəsinə daha çox üstünlük verir ki, bu da əsasən uşaqların təbiyyətin səslərini tam şəkildə yaddaşına yazıb danışıq qabiliyyətini keyfiyyətlə inkişaf etdirik.