info@lorhospital.az | ƏLAQƏ
Əsas Səhifə » Laringit

Laringit

Laringit qırtlağın iltihabı olub, kəskin və xroniki olaraq iki yerə bölünür. Çox zaman KRİ, qrip, skarlatina, göy öskürəyin simptomlarından biri kimi ortaya çıxır.

Səs telləri laringit zamanı vibrasiya qabiliyyətini itirir, xəstənin səsi xırıltılı olur və ya tamamən itir. Tənəffüs çətinləşir, ağrılı,”hürücü” öskürək əmələ gəlir. Tənəffüs yolunun tıxanması bəzən çox ciddi ola bilir, xüsusi ilə uşaqlarda “yalançı boğma” şəklində təzahür edir. 

Laringit sərbəst xəstəlik kimi səs tellərinin gərginliyi, tozla nəfəs alma, boğazın buxar və qazla qıcıqlanması, siqaret çəkmək , spirtli içkilərdən sui istifadədə baş verir. 

Kəskin laringit zamanı qırtlağın selikli qişası hiperemiyalaşır, ödemli olur və səs telləri qalınlaşır. Qrip zamanı qırtlağın selikli qişasına qansızma müşahidə olunur (hemoragik laringit). 

Laringit zamanı xəstələr boğazda quruluqdan, udma zamanı ağrıdan şikayət edirlər. Öskürək başlanğıcda qurudur, sonralar bəlğəmli xarakter alır. Səs xırıltılı, kobud olur, batır. Kəskin laringitdə baş ağrısı, temperaturun yüksəlməsi müşahidə olunur.

Xəstəyə 5-7 gün ərzində yüksək səslə danışmaq, siqaret çəkmək, spirtli içki içmək qadağan olunur. 

Fizioterapevtik müalicə (ultrabənövşəyi şüa, elektroforez), proteolitik fermentlər təyin olunur.