info@lorhospital.az | ƏLAQƏ
Əsas Səhifə » Frontit

Frontit

Frontit - alın cibinin kəskin iltihabıdır. Kəskin və xroniki formaları vardır. Alın cibinin kəskin iltihabı kəskin rinit, etmoidit, qrip, qızılca, orqanizmin həddən artıq soyuması ilə bağlı ola bilər.


Xroniki frontitin səbəbi alın-burun kanalının keçidinin dayanıqlı olaraq pozulmasıdır. Buna burun çəpərinin əyriliyi, burun polipləri, orqanizmin immunitetinin aşağı düşməsi, ziyanlı iş şəraiti (tozlu və ya qazlı binada iş).

Alın boşluğunun selikli qişasına daxil olan infeksiya kataral və ya irinli iltihab törədir. Bu dəyişikliklər özlərini qızartı, şişkinlik, selikli qişanın qalınlaşması və şişməsi, selik-irin ifrazatı olur.

Alın-burun kanalının nisbətən dar olması səbəbindən boşluqdan selik ifrazı tez bir zamanda pozula bilər. Xroniki frontitin irinli formasında əvvəlcə selikli qişa, daha sonra isə sümük zədələnir.
Xəstə alın nayihəsində lokal ağrıdan, baş ağrısından, burunun uyğun tərəfindən irinli ifrazatdan şikayət edir. 

Bu hallarda göz ağrıları, işıqdanqorxma, gözyaşları olur. Hərarət yüksəlir. Burundan tənəffüs çətinləşir. Alın cibinin proyeksiyası nahiyəsində (alın, üst göz qapağı, gözün üstdaxili küncü) dəri çəhrayı, şişmiş, əl vuranda ağrılı olur. Prosesin xroniki gedişatında alın boşluğundan seliyin ifrazı pozulanda gözün daxili küncündə irin əmələ gələ bilər.

Konsevativ üsullardan istifadə olunur. Damarbüzüşdürücü məhlullardan (qalazolin, naftizin və s.) istifadə olunur. Hərarət yüksəldikdə antibiotik yazılır. Boşluğu ultrayüksəktezlikli qurğu ilə qızışdırırlar, ozokerit, parafindən istifadə edirlər. Baş ağrılarında analgin, aspirin məsləhət görülür. Konservativ üsullar kömək etmədikdə cərrahi müdaxilə labüddür.