info@lorhospital.az | ƏLAQƏ
Əsas Səhifə » Rinit

Rinit nədir?

İlin istənilən vaxtında müşahidə olunan xəstəliklərdən biri də zökəm və ya rinitdir.
Rinit - orqanizmin soyuması ilə başlayır, bir neçə saat davam edir. Əvvəlcə damarlar daralır, sonra genəlir, burun qanadları ödemləşir.
Burun boşluğunda quruma və göynəmə olduğu üçün burun tənəffüsünün çətinləşməsi halları, tez-tez asqırma və burun selikli qişasının solğunluğu baş verir.
Rinitin Kataral mərhələsi daha uzun müddət davam edir, 2-3 gün çəkir. İnkişafına orqanizmə düşmüş mikrob səbəb olur. Qoxu hissiyatı zəifləyir. 
Qoxu hissinin zəifləməsinin 2 əsas səbəbi var:
1)Selikli qişanın ödemi nəticəsində qoxu zonasının mexaniki örtülməsi.
2)Qoxu zonasında həssas hüceyrələrin məhvi.