info@lorhospital.az | ƏLAQƏ
Əsas Səhifə » HPV uşaqların danışmağa gec başlamasına səbəb olur

Qulaq ağrısının yaranmasının səbəbləri

3 yaşını tamamlayan üç uşaqdan ikisi və ya uşaqların 80 faizi qulaq ağrısı keçirir. Sanki qulaq ağrısı körpə uşaqların mütləq keçirməli olduğu xəstəlikdir. Bəzən körpə sakitləşməyib gecə-gündüz ağlayanda günahı ya bu azarın üstünə yıxır, "qulağı ağrıyır" deyirlər, ya da "boğazında çöp qalıb" deyərək çöpçü axtarırlar.

Qulaq ağrısı (otitis media və ya otit) orta qulağın infeksiyası (bakterial infeksiya ilə iltihabı) xəstəliyidir. Xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyaları - soyuqdəymə və qripdən sonra törənir. Respirator allergiyalar da burun boşluğunda uzun müddət durğunluq yaratmaqla qulaq ağrısına səbəb ola bilir.
İnsan qulağı anatomik cəhətdən bir neçə şöbəyə bölünür və hər bir şöbənin özünəməxsus funksiyaları və xəstəlikləri var.

Məlum olduğu kimi, qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Bizim "qulaq" adlandırdığımız əslində xarici qulaqdır. Ümumilikdə, qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır.

Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür. Xarici qulağın məhdud iltihabı və ya furukoloz xroniki irinli otitin nəticəsidir - bu zaman müxtəlif bakteriyalar (pnevmokokk, stafilokokk, hemofil çöpləri) göbələk infeksiyaları xarici qulaqda dəriyə və dərialtı təbəqəyə keçir.

Qulağa birbaşa aid olan xəstəliklərsə daxili və orta otitlərdir. Daxili otitlərə (labirintit) az rast gəlinsə də, bu, çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən sərbəst əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqdan ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur.